May 22, 2025 10:36 Asia/Baku
  • Moskva və İrəvan dil tapmaq üçün təmaslarını artırırlar

Moskva və İrəvan müxtəlif məsələlərdə mövqe fərqlərini açıq şəkildə müzakirə edirlər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 21-də erməni həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, Moskva və İrəvan mümkün qədər açıq şəkildə iki ölkənin fərqli mövqe tutduğu məsələləri müzakirə edirlər.O deyib: "Liderlərimizin göstərişlərinə uyğun olaraq, biz təkcə hər iki paytaxt tərəfindən müsbət qəbul edilən məsələləri deyil, həm də Cənubi Qafqazda qarşılıqlı faydalı layihələrin qurulmasına töhfə verən məsələləri çox açıq şəkildə müzakirə edirik”.Rusiyanın XİN rəhbəri əlavə edib ki, son illər Rusiya-Ermənistan münasibətlərində iki tərəfin müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin, o cümlədən KTMT, MDB və Avrasiya İqtisadi İttifaqı çərçivəsində daha da inkişaf etdirilməsinə necə baxdığı ilə bağlı müəyyən nüanslar yaranıb. Lakin hazırda liderlər bütün sahələrdə əlaqələri tam bərpa etməyə razılaşıblar.Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-də Ermənistana rəsmi səfər edib. O, Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla da görüşüb.