Erməni spikerin bu sözü gündəm oldu:
Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan
İyun 01, 2025 14:52 Asia/Baku
Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, Azərbaycanda Ermənistan malları satılacaq.
Simonyan qeyd edib: “Ermənistanla Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət edəcək, əvvəllər olduğu kimi bizim bazarlarda Azərbaycan malları, onların bazarlarında isə Ermənistan malları olacaq. Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar. Müharibə olmayacaq, sülh olacaq”.Erməistan parlamentinin sədri iki xalq arasında sülh və birgəyaşayışa qarşı çıxan erməniləri “Koçaryan-Serj zooparkında yaşayan heyvanlar” adlandırıb.