İyul 19, 2025 16:06 Asia/Baku
  • Ermənistanın regional keçidlərlə bağlı mövqeyi dəyişməyib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə telefon danışığında vurğulayıb ki, regional tranzit marşrutları ilə bağlı Ermənistanın mövqeyi dəyişməyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Əhmədian ilə telefon danışığında regional və ikitərəfli məsələləri müzakirə edib.

Qriqoryan bu telefon danışığında Əhmədyanı Azərbaycan tərəfi ilə aparılan danışıqların son vəziyyəti ilə bağlı məlumatlandırıb və regional tranzit marşrutları ilə bağlı Ermənistanın mövqeyinin dəyişmədiyini vurğulayıb.

Əhmədian da öz növbəsində, Ermənistanın İsrail rejiminin İrana hücumunu pisləyən mövqeyinə görə minnətdarlığını ifadə edib və vurğulayıb ki, İran İslam Respublikasının siyasəti keçmişdə olduğu kimi regionun geosiyasətində dəyişikliyin olmamasıdır və İran bunu bütün regional tərəflər üçün faydalı hesab edir.

Hər iki tərəf, həmçinin ikitərəfli münasibətlərin, xüsusən də iqtisadi sahədə inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.