Avq 01, 2025 16:42 Asia/Baku
  • Avropa siyasi bir cırtdandır

Rusiya prezidenti bildirib ki, Avropa siyasi bir cırtdandır.

O, deyib: Biz Ukrayna ilə uzunmüddətli və stabil bir sülhə ehtiyac duyuruq ki, həm Moskvanın, həm də Kiyevin maraqlarını təmin etmiş və bəzi digər ölkələrin təhlükəsizliklərinə zəmanət vermiş olsun.

Vladimir Putin bu gün öz belarus həmkarı Aleksandr Lukaşenko ilə Valam adasında qeyri-rəsmi görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən əlavə edib: Görünür, diqqətlə bu ideyanı irəli sürən ukraynalı müzakirə tərəflərinin Avropanın təhlükəsizliyi barədə ümumi şəkildə söhbət etməli olmalı olduğumuz barədəki sözləri düzdür. Ukrayna böhranın həllini panAvropa təhlükəsizliyi çərçivəsində araşdırmaq olar.

Putin qeyd edib ki, Moskvanın əsas hədəfi, Ukranya böhranının səbəblərinin kökünü kəsmək və Rusiyanın təhlükəsizliyinin təminidir. Bu məsələni ötən il Rusiya xarici işlər nazirliyinin rəsmilərilə görüşdə bəyan etdik.

O, əlavə  edib: Rusiyanın ötən ilin yayında Ukrayna məsələsi barədə irəli sürdüyü şərait dəyişməyib. Əsas məsələ, müharibə səbəblərinin kökünün kəsilməsidir.