Moskva:
Özümüzü orta mənzilli raket məhdudiyyətlərinə riayətə borclu bilmirik
Rusiya xarici işlər nazirliyi yaydığı bəyanatda bildiribdir ki: Moskva daha özünü quru əsaslı qısa və orta mənzilli raketlərin yerləşdirilmələri sahəsindəki könüllü məhdudiyyətlərə riayətə borclu hesab etmir.
Rusiya xarici işlər nazirliyi bu bəyanatda əlavə edib: Qərbin orta mənzilli raketlərin yerləşdirilmələri sahəsindəki hərəkətləri Rusiyanın təhlükəsizliyinə qarşı birbaşa təhdiddir. Qərb məcmuəsinin addımları Rusiya ilə həmsərhəd bölgələrdə raket imkanlarının artması ilə nəticələnəcək ki, bu proses Rusiyanın təhlükəsizliyi üçün birbaşa və strateji təhdid yaradır.
Rusiya xarici işlər nazirliyi sonra belə qeyd edib: Moskva daha özünü quru əsaslı qısa və orta mənzilli raketlərin yerləşdirilmələri sahəsində könüllü məhdudiyyətlərə riayətə borclu saymır. Quru əsaslı qısa və orta mənzilli raketlərin yerləşdirilmələrinin birtərəfli şəkildə dayandırılmasının qorunması üzrə lazımi şərait aradan götürülübdür.
Rusiya xarici işlər nazirliyi tərəfindən yayılan bəyanat əlavə edir: Moskvanın NATO-dan bu raketlərdən fərqlənən silah sistemlərinin yerləşdirilmələrinin qarşılıqlı şəkildə dayandırılmasını istəməsi həmin koalisiya tərəfindən qarşılıqlı addımla üzləşməyib. Amerika və müttəfiqləri nəinki aşkar şəkildə quru əsaslı orta mənzilli raketlərin müxtəlif bölgələrdə yerləşdirilmələri üzrə proqramlarını elan ediblər, həm də bu proqramların real surətdə icrasında da nəzərəçarpacaq dərəcədə irəliləyişə malik olublar.