Rusiyalı siyasətçilər od püskürürlər
“Trampın məqsədi Rusiyanı geosiyasi cəhətdən sıxışdırımaqdır”
Rusiyalı siyasətçilər ABŞ prezidentinin Cənubi Qafqazda dəhliz oyununu sərt şəkildə qınayıblar.
Rusiya Dövlət Dumasının nüfuzlu üzvü Konstantin Zatulin Ermənistanın Trampa dəhliz icarəyə verməsi ilə bağlı razılaşmanı Moskvanın Qafqazdakı mövcudluğunu zəiflətmək məqsədini güddüyünü vurğulayıb. O iddia edib ki, dəhliz ABŞ-ın regiona daxil olması üçün bir platforma rolunu oynayır və Rusiyanın geosiyasi sıxışdırılmasını hədəflədiyir.
Tanınmış analitik Sergey Markov isə bildirib ki, ABŞ Ermənistanın Sünik bölgəsində hərbi baza qurmağa hazırlaşır.
Digər bir analitik Pavel Danilin isə xəbərdarlıq edib ki, Tramp marşrutu İranla sərhəd yaxınlığında geniş bir ABŞ hərbi mövqeyi yaradacaq və Ermənistan tamamilə təcrid olunacaq.
Həmçinin İzvestia qəzeti öz məqaləsində Tramp marşrutunun yalnız bir dəhliz olmadığını, həm də Rusiya-Türkiyə və ABŞ-İran münasibətlərinə təsir edəcəyini qeyd edib.
İzvestia bildirir ki, ABŞ-ın bu koridoru icarəyə götürməsi, strateji olaraq regionda Rusiya-NATO gərginliyini artırmaq niyyəti ilə izah olunur. Bu, həmçinin İran və Rusiyanın “Şimal-Cənub” layihəsinə də mənfi təsir göstərə bilər.