Paşinyan “Zəngəzur dəhlizi” ifadəsinə görə Azərbaycana etiraz edib
“Bu, Ermənistana qarşı ərazi iddiası kimi qəbul edilir”
Ermənistan və Azərbaycan arasında rəsmi danışıqlarda heç vaxt “Zəngəzur dəhlizi” adlanan ifadə olmayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışında bu barədə deyib: “Azərbaycan prezidenti ilə Vaşinqton Bəyannaməsini qəbul etdik, bundan sonra bir neçə dəfə, o cümlədən bu tribunadan “Zəngəzur dəhlizi” adlanan ifadədə istifadə olunub”.
Onun sözlərinə görə, Vaşinqtonda razılaşdırılmış sənədlərdə belə bir ifadə yoxdur, Ermənistan-Azərbaycan danışıqlarında və ya sənədlərində heç vaxt olmayıb. Məncə Azərbaycan prezidentinin bu ifadəni işlədərək nəyi nəzərdə tutduğunu aydınlaşdırması məna kəsb edir, çünki erməni reallığında bu, Ermənistana qarşı ərazi iddiası kimi qəbul edilir və münaqişə danışığı ilə assosiasiya olunur.
Paşinyan qeyd edib: “Aqressiv yazılışların işlədilməsi yolverilməzdir. Beynəlxalq ictimaiyyəti xəbərdar etməyə çağırıram ki, Zəngəzur dəhlizi və ona bənzər terminlər əldə edilmiş razılaşmalardan irəli gəlmir”.