Okt 05, 2025 17:18 Asia/Baku
  • Patruşev: Rusiya Silahlı Qüvvələri dünyanın ən güclü ordusudur

Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev bu ölkə ordusunun dünyada analoqsuz ordu olduğunu vurğulayıb.

Patruşev deyib: “Peşəkar hərbçilər çox yaxşı başa düşürlər ki, biz indi hər bir ölkədən güclüyük. Bir çoxu ABŞ-ın ən güclü orduya sahib olduğunu deyir. Bu, belə deyil. Ordumuz daha güclüdür və sərt cavab verə biləcək gücə malikdir”.Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının sədri Patruşev “Rossiya-1” telekanalı ilə müsahibədə onu da əlavə edib ki, daxili dəstək olmadan təkcə silahlı qüvvələrlə Avropanın təcavüzünü cilovlamaq çox çətin olar.Patruşevin bu bəyanatı həm Qərbə siyasi mesaj, həm də Rusiya ictimaiyyətinə motivasiya xarakteri daşıyır. O, hərbi gücün üstünlüyünü vurğulasa da, daxili birliyin və xalq dəstəyinin vacibliyinə işarə etməklə Kremlin “vətənpərvərlik və səfərbərlik” xəttini gücləndirir.