Okt 06, 2025 15:08 Asia/Baku
  • Qərb Gürcüstandakı seçkilərə niyə qarışır? - TƏHLİL

Qərbpərəst müxalifətçilərin Gürcüstanda Prezident Sarayına hücumundan sonra baş nazir İrakli Kobaxidze bəyan edib ki, xarici kəşfiyyat xidmətləri tərəfindən planlaşdırılmış çevriliş cəhdinin qarşısı alınıb.

Kobaxidze Aİ rəsmilərini “konstitusiya quruluşunun devrilməsinə dəstək verməkdə” ittiham edib və Aİ səfirini iğtişaşları pisləməyə çağırıb.

Qeyd edək ki, Avropa İttifaqı əvvəllər etirazlara qarşı sərt tədbirlərə görə “Gürcü Arzusu” rəsmilərinə sanksiyalar tətbiq edərək bildirmişdi ki, əgər hökumət qanunun aliliyini və əsas hüquqları qorumağı təmin etməsə, gürcülərin vizasız səyahət hüququ da dayandırıla bilər.

Hazırda Tbilisi ilə Brüssel arasında münasibətlər son illərin ən aşağı nöqtəsindədir. Avropa İttifaqı Gürcüstan hökumətini avtoritar meyllər, insan haqlarının pozulması və Rusiyayönlü siyasət yürütməkdə ittiham edir.

Görünən isə budur ki, Qərbin, xüsusilə də Avropa İttifaqının Gürcüstanın daxili siyasi proseslərinə, o cümlədən də seçkilərə, etiraz aksiyalarına və hökumət dəyişikliklərinə yönəlik davranışı son illərdə açıq şəkildə “demokratiya dəstəyi” adı altında siyasi təsir alətinə çevrilib.

Əldə olan məlumatlara görə, Qərb institutları və bəzi səfirlər, xüsusilə Aİ nümayəndələri, hökumətə qarşı aksiyaları dolayısı ilə legitimləşdirməyə çalışıblar.

Gürcüstan hökuməti bunu ölkənin “konstitusiya quruluşuna təhdid” kimi dəyərləndirir və bəzi Qərb diplomatlarını siyasi müdaxilədə ittiham edir.

Bu, Qərbin postsovet məkanında tez-tez təkrarladığı bir ssenaridir: Gürcüstanda – Qərb “azad seçki və dəyərlər” pərdəsi altında öz təsir zonalarını genişləndirməyə çalışır.

Başqa sözlə, Qərb Gürcüstanın suveren siyasi qərarlarını, o cümlədən seçki nəticələrini qəbul etmək istəmir və öz maraqlarına uyğun hökumət formalaşması üçün təzyiq siyasəti yürüdür.