Okt 20, 2025 14:08 Asia/Baku
  • Rusiya İranla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiyanın İranla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

"Rusiya şübhəsiz ki, İranla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır. İran bizim tərəfdaşımızdır və əlaqələrimiz çox dinamik inkişaf edir. Biz bunu davam etdirəcəyik. ", - deyə Dimitri Peskov qeyd edib. 

O, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı vəziyyətin çox mürəkkəb olduğunu bəyan edərək, əlavə edib: "Qərbin suveren İrana həddindən artıq təzyiq göstərmək üçün heç bir əsası yoxdur. Biz İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün aparılan danışıqları dəstəkləyirik, lakin Avropanın qeyri-konstruktiv mövqeyi vəziyyəti daha da çətinləşdirir"