Noy 01, 2025 15:23 Asia/Baku
  • Azərbaycan sülh müqaviləsinin imzalanması üçün iradə nümayiş etdirməlidir

Erməni Parlamentinin spikeri Azərbaycan Respublikasını sülh müqaviləsinin yekun imzalanması üçün iradə nümayiş etdirməyə çağırıb

Alen Simonyan İrəvanda jurnalistlərə bildirib ki, Ermənistan bölgədə sülhün təmin olunması üçün öz imkanlarından kənara çıxaraq hər şeyi edib və bu sülh hər nə qədər kövrək olsa da, bərqərar olub. Biz hər şeyi etmişik və bu sülhün yekun sazişlə rəsmiləşməsi üçün hər şeyi etməyə davam edəcəyik.

Simonyan əlavə edib ki, Ermənistan və Azərbaycan arasında bütün məsələlərin həlli üçün zamana ehtiyac var.

“İnanılmazdır, demək olar iki ildir bir-birimizə atəş açmamışıq. Müstəqillik dövründən bəri belə bir şey olmayıb,” – deyə Alen Simonyan vurğulayıb.

Ermənistan və Azərbaycan 8 avqustda Vaşinqtonda sülh sazişinin ilkin variantını imzalayıblar. Ermənistan müqaviləni mümkün qədər tez imzalamağa hazır olduğunu bildirib, lakin Azərbaycan ön şərt irəli sürüb və Ermənistanın konstitusiyasını dəyişməsini tələb edir. Rəsmi İrəvan isə bu tələbi əsassız adlandırır.