Xəzər dənizi məsələləri üzrə xüsusi komitənin ilk iclası keçirilib
https://azeri.sahartv.ir/news/qafqaz-i422167-xəzər_dənizi_məsələləri_üzrə_xüsusi_komitənin_ilk_iclası_keçirilib
Xəzər dənizi məsələləri üzrə xüsusi komitənin ilk iclası, İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini və İran İslam Respublikasının Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Kazim Qəribabadinin başçılığı altında, aidiyyəti icra qurumlarının yüksək vəzifəli nümayəndələrinin iştirakı və keçirilib.
(last modified 2025-11-03T08:25:12+00:00 )
Noy 03, 2025 12:17 Asia/Baku
  • Xəzər dənizi məsələləri üzrə xüsusi komitənin ilk iclası keçirilib

Xəzər dənizi məsələləri üzrə xüsusi komitənin ilk iclası, İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini və İran İslam Respublikasının Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Kazim Qəribabadinin başçılığı altında, aidiyyəti icra qurumlarının yüksək vəzifəli nümayəndələrinin iştirakı və keçirilib.

İclasda gələn ilin avqust ayında İranda xəzəryanı ölkələrin dövlət başçılarının yeddinci sammitinin keçirilməsi ilə bağlı hazırlıqlar, noyabr ayında İranın Rəşt şəhərində xəzəryanı ölkələrin sahil vilayətləri valilərinin toplantısı, Xəzər dənizinin hüquqi rejiminin son vəziyyəti, ekoloji məsələlər və Tehran Konvensiyası kimi mövzular nəzərdən keçirilib.

İcra qurumlarının nümayəndələri Xəzər dənizi ilə bağlı görülmüş işlər, qarşıda duran planlar və mövcud çətinliklər barədə məlumat veriblər.