“HHM sistemləri ümumiyyətlə metal qırıntısı idi”
https://azeri.sahartv.ir/news/qafqaz-i422229-hhm_sistemləri_ümumiyyətlə_metal_qırıntısı_idi
Ermənistanın Baş naziri iddia edib ki, 44 günlük müharibədə Ermənistan tərəfindən istifadə edilən Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin əksəriyyəti qırıntı idi, müttəfiqlər isə Ermənistana yalnız simvolik dəstək göstərdilər.
(last modified 2025-11-10T06:54:25+00:00 )
Noy 10, 2025 10:53 Asia/Baku
  • “HHM sistemləri ümumiyyətlə metal qırıntısı idi”

Ermənistanın Baş naziri iddia edib ki, 44 günlük müharibədə Ermənistan tərəfindən istifadə edilən Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin əksəriyyəti qırıntı idi, müttəfiqlər isə Ermənistana yalnız simvolik dəstək göstərdilər.

Nikol Paşinyan bunu Facebook səhifəsində yazaraq, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın bəyanatlarına cavab olaraq yazıb: “Sizin qoyub getdiyiniz HHM sistemi ümumiyyətlə, bütün sistem sözün əsl mənasında metal qırıntısı idi. Həqiqi mənada metal qırıntısı”.

Paşinyan qeyd edib ki, 44 günlük müharibə dövründə hökumət mümkün olan hər şeyi əldə etmək və modernləşdirmək üçün səy göstərirdi və mövcud hərbi rəhbərliyin təkliflərinə uyğun hərəkət edirdi.