Ermənistanın Xarici İşlər Nazirliyi açıqlama verdi
Erməni-türk sərhədi tezliklə açıla bilər
Dek 02, 2025 14:34 Asia/Baku
Ermənistanla Türkiyə arasındakı sərhəd tezliklə açıla bilər
Ermənistanın Xarici İşlər Nazirliyi bu barədə bildirib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması çərçivəsində əldə edilmiş razılaşmaya uyğun olaraq, noyabrın 28-də erməni-türk sərhədinin Axurik-Akyaka keçid məntəqəsində və Gümrü şəhərində Ermənistan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri görüşüb.
Görüşdə Gümrü-Kars dəmiryolunun bərpası və istismarına yönəlmiş texniki müzakirələrin ikinci mərhələsi keçirilib.
Siyasi analitik Hakob Badalyanın fikrincə, erməni-türk sərhədi üçüncü ölkələrin vətəndaşları üçün tezliklə açıla bilər.