Ermənistan Rusiya hərbçilərinin çıxarılmasını tələb etməyib
https://azeri.sahartv.ir/news/qafqaz-i423096-ermənistan_rusiya_hərbçilərinin_çıxarılmasını_tələb_etməyib
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, İrəvan hələ Rusiya qoşunlarının Gümrüdəki hərbi bazadan çıxarılması ilə bağlı müraciət etməyib.
(last modified 2026-09-16T09:27:04+00:00 )
Sen 16, 2026 13:16 Asia/Baku
  •  Ermənistan Rusiya hərbçilərinin çıxarılmasını tələb etməyib

Rusiya xarici işlər nazirinin müavini bildirib ki, İrəvan hələ Rusiya qoşunlarının Gümrüdəki hərbi bazadan çıxarılması ilə bağlı müraciət etməyib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada nəşr olunan “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Rusiya tərəfi erməni həmkarlarından Rusiya hərbçilərinin Gümrüdəki hərbi bazadan çıxarılması ilə bağlı hələ heç bir müraciət almayıb. O, qeyd edib ki, Moskva bu bazanı Qafqaz regionundakı təhlükəsizlik arxitekturasının əsas elementi hesab etməkdə davam edir.Onun sözlərinə görə, hazırda Rusiyanın hərbi mövcudluğu məsələsi Ermənistanın ictimai-siyasi mühitində fəal şəkildə müzakirə olunur, lakin Moskva bunun üçün hələ real bir alternativ görmür.