Ulyanov ABŞ-yə xitabən:
Nüvə enerjisi İranın danılmaz hüququdur
Rusiyanın yüksək vəzifəli diplomatı terrorçu ABŞ hökumətinə xitabən vurğulayıb ki, nüvə enerjisindən istifadə etmək İranın danılmaz hüququdur.
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov ABŞ-nin BMT-dəki nümayəndəsinə İranın nüvə sahəsindəki hüquqlarını xatırladıb. ABŞ nümayəndəsi Mayk Volts daha əvvəl "X" platformasında paylaşdığı yazıda İranı nüvə qaydalarını pozmaqda ittiham edərək, bildirmişdi ki, guya İran öz nüvə ambisiyalarından əl çəkməyib. Ulyanov buna cavab olaraq, qeyd edib: "Görünür, ABŞ-nin BMT-dəki səfiri xəbərsizdir ki, İranın öz nüvə proqramından imtina etmək öhdəliyi yoxdur; çünki belə bir proqrama sahib olmaq İranın danılmaz və ayrılmaz hüququdur". Ulyanov əlavə edib: "Təəssüf ki, Respublikaçı administrasiyanın mövqeyi nüvə silahlarının yayılmaması standartlarının və Beynəlxalq Atom Enerjisi Agentliyinin fəaliyyətinin yanlış şərhinə əsaslanır.