Aİ-yə üzvlük Ermənistan üçün yaxşı heç nə vəd etmir
Qriqoryan: Ermənistan yeni asılılığa sürüklənir
Ermənistanın Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük perspektivlərini tənqid edib.
A.Qriqoryan bu istiqamətin real imkanlardan uzaq olduğunu və Ermənistanın bəyan etdiyi xarici siyasət prinsipləri ilə ziddiyyət təşkil etdiyini bildirib.Onun sözlərinə görə, İrəvanın məqsədi bir neçə ölkədən asılılığı çoxsaylı tərəfdaşlar arasında bölüşdürmək olsa da, Aİ-yə üzvlük yeni asılılıq forması yarada bilər.Keçmiş rəsmi qeyd edib ki, bu, xarici siyasətin şaxələndirilməsi deyil, bir asılılığın digəri ilə əvəzlənməsidir.O, Ermənistanın əvvəllər təhlükəsizlik problemlərinin həllini Rusiyadan gözlədiyini, indi isə iqtisadi çətinliklərin aradan qaldırılmasında Aİ-yə həddindən artıq ümid bəslədiyini vurğulayıb.Keçmiş Təhlükəsizlik Şurası katibi xatırladıb ki, 2020-ci ildən sonra baş verən hadisələr xarici tərəfdaşların Ermənistanın gözləntiləri doğrultmaya biləcəyini göstərdi.Onun fikrincə, ölkə eyni səhvləri təkrarlamamalı və öz problemlərinin həllində müstəqil qərarvermə qabiliyyətini gücləndirməlidir.
İsrail Türkiyəni yeni İran elan etdi: Ankara ilə qarşıdurma təhlükəsi böyüyür, Azərbaycan hansı tərəfdə dayanacaq?İsrail rejimi Türkiyəni özünün yeni strateji rəqibi elan edərək Ankara ilə qarşıdurma ritorikasını sərtləşdirir.İsrail Aerokosmik Sənayesi şirkətinin keçmiş vitse-prezidenti Şay Qal Türkiyəni NATO üzvü, Qərb texnologiyalarına və Avropa kapitalına çıxışı olan “yeni İran” adlandırıb.O, Ankaranın HƏMAS-a münasibətini, Suriya, Şimali Kipr, Liviya və Somalidəki fəaliyyətini İsrail üçün təhlükə kimi qiymətləndirib.Bu açıqlama ilk baxışda cinayətkar və soyqırımçı rejimin Türkiyəyə qarşı aqressiv niyyətini nümayiş etdirir.Yeri gəlmişkən bildirək ki, hal-hazırda İsrailin Yunanıstan və Kiprlə hərbi-strateji əməkdaşlığını genişləndirməsi Şərqi Aralıq dənizində Türkiyəyə qarşı açıq təhlükə mənbəyinə çevrilməkdədir və bu vəziyyət istər-istəməz Azərbaycanı seçim qarşısında qoyur: Bakı müttəfiq elan etdiyi Ankaranın yanında yer alacaq, ya əksinə Təl-Əvivlə strateji əməkdaşlıq münasibətlərinə üstünlük verəcək?Qeyd edək ki, vampir rejim Azərbaycanı Türkiyədən və İrandan uzaqlaşdırmaq üçün min bir hiyləyə əl atır və Azərbaycanda öz dayaqlarını möhkəmlətməyə, ölkənin təhlükəsizlik sistemini nəzarəti altına almağa çalışır. Bu kontekstdə Türkiyə əleyhinə həmlələr açıq qarşıdurmaya çevrilərsə, Azərbaycanın hansı mövqedə dayanacağı ciddi sual doğurur.