Qərb sahilində sionist məhsullara boykot kampaniyası yaradılıb
https://azeri.sahartv.ir/news/qüds_İntifazəsi-i199271-qərb_sahilində_sionist_məhsullara_boykot_kampaniyası_yaradılıb
İordan çayının qərb sahilində sionist İsrail rejimi məhsullarının boykot edilməsi üzrə kampaniya yaradılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2015 05:43 Asia/Baku
  • Qərb sahilində sionist məhsullara boykot kampaniyası yaradılıb
    Qərb sahilində sionist məhsullara boykot kampaniyası yaradılıb

İordan çayının qərb sahilində sionist İsrail rejimi məhsullarının boykot edilməsi üzrə kampaniya yaradılıb.

Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, oktyabrın əvvəlindən İsrail rejiminin təcavüzkarlığına etiraz üzrə başlanan Fələstin ərazilərindəki gərginliklərin artması ilə yanaşı, fələstinlilər İordan çayının qərb sahilində yerləşən Ramullah şəhərində İsrail rejimi məhsullarının boykot edilməsi kampaniyasını başladaraq bu rejimin təcavüzkar siyasətlərinə etirazlarını bildiriblər.
Fələstinin dövlət müəssisələri, hüquq cəmiyyətləri və özəl sektoru tərəfindən başladılan bu kampaniyada məqsəd İsrail rejimi ilə ticarəti dayandırmaq və sionist rejim məhsullarının satın alınmasına mane olmaqdır.
Fələstin Sənaye Birliyi rəhbərinin bildirdiyinə görə, Fələstin bazarlarında satılan İsrail rejimi məhsullarının dəyəri ildə təxminən 1 milyard dollar və sionist qəsəbələrdə istehsal olunan məhsulların satış dəyəri 500 milyon dollardır.
Dünya Bankı ötən ay bir hesabat yayımlayaraq bildirib ki, İsrail rejiminin işğal olunmuş Fələstinə ilin ilk dörd ayında etdiyi ixrac ötən illə müqayisədə 24% azalıb.
Bu hesabata əsasən, İsral rejimi məhsullarının boykot kampaniyaları ixracatda azalanın əsas amili hesab olunur.