Noy 19, 2015 17:36 Asia/Baku
  • İşğal olunmuş Fələstin ərazilərində iqtisadi durğunluq
    İşğal olunmuş Fələstin ərazilərində iqtisadi durğunluq

İordan çayının müxtəlif bölgələri sionist rejimin hücumlarına görə, qeyri-münasib iqtisadi vəziyyətlə üzləşmişdir.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Fələstinin, o cümlədən İordan çayının müxtəlif bölgələrinin iqtisadi vəziyyəti İsrail rejiminin işğalçılıq siyasəti nəticəsində Qüds İntifazəsinin başlanması ilə ağır durumla üzləşib.
Fələstinli iqtisadi ekspert Adil Səmarə deyib6 Sionist rejimin fələstinlilərə qarşı düşmənçilik siyasətlərinə görə heç bir real iqtisadi struktur yoxdur və Fələstin Özünüidarə Təşkilatının da iqtisadi vəziyyətin yaxşılaşması və yaxud inkişafı üçün heç bir siyasəti yoxdur. Elə buna görə, istehsal sektorları problemlə və kənd təsərrüfatı və sənaye sektoru da durğunluqla üzləşmişdir.
Bu məlumata görə, sionist rejim hədələyib ki, Qüds İntifazəsinin qarşısını almaq üçün fələstinlilərə qarşı əlavə cəzalar tətbiq edəcək.
Fələstin əraziləri 2015-ci ilin oktyabr ayının əvvəlindən fələstinlilərin sionist rejimin əl-Əqsa məscidi və Qüds qarşısındakı siyasətlərinə geniş etirazının şahidi olmuşdur. Bu isə Qüds İntifazəsinin başlanması ilə nəticələnmişdir.

Teqlər