İsrail hərbçiləri Ramallahın şərqində fələstinlilərə hücum ediblər
Noy 27, 2015 09:05 Asia/Baku
-
İsrail hərbçiləri Ramallahın şərqində fələstinlilərə hücum ediblər
Sionist rejim hərbçiləri Ramallahın şərqində yerləşən Deyr Cərir kəndinə hücum edib, 5 fələstinlini yaralayıblar.
Əl-Əqsa telekanalının məlumatına görə, sionist rejim hərbçilərinin fələstinlilərə məxsus bir avtomobilə hücum etmələri və 4 nəfəri yaralamalarının ardınca, qəzəblənmiş fələstinli gənclər ilə işğalçı sionistlər arasında toqquşma baş verib.Sionist rejim hərbçiləri fələstinli gəncləri dağılışmağa məcbur etmək üçün onlara tərəf atəş açıblar. İsrail hərbçiləri bunun üçün döyüş güllələrindən, səs bombalarından və gözyaşardıcı qazlardan istifadə ediblər. Bu hücumun ardınca 5 fələstinli gənc güllə yarası alıb. Bir neçə nəfər isə gözyaşardıcı qazdan zəhərlənib.
Başqa bir məlumata görə, Fələstinin Qırmızı Aypara Cəmiyyəti Qərb Sahilində bir fələstinli gəncin şəhid olmasından xəbər verib. Bu fələstinli gənc bir neçə gün öncə sionist rejim hərbçilərinin atəş açması nəticəsində yaralanmışdı.
Fələstinin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, Qüds İntifazəsinin başlanmasından bəri 102 fələstinlinin şəhid olmasından xəbər verib. 22 şəhid yeniyetmə, 4 şəhid isə qadındır.
Teqlər