İordan çayının qərb sahilində daha bir fələstinli şəhid olub
İordan çayının qərb sahilində sionist rejim hərbçilərinin atəş açması nəticəsində daha bir fələstinli şəhid olub.
Səhər Beynəlxalq Televiziyasının Fələstinin təhlükəsizlik və tibb dairələrinə istinadla verdiyi məlumata görə, sionist rejim hərbçiləri ötən gecə İordan çayının qərb sahilində Beyt-Ləhmin cənub-şərqində əl-Dəhişə düşərgəsinə basqın edərək fələstinlilərlə toqquşublar. Nəticədə 20 yaşlı Malik Əkrəm Şahin baş nahiyəsindən güllə ilə vurulub və şəhid olub.
Bildirildiyinə görə, Malik Əkrəm Şahinin Beyt Hala xəstəxanasına nəql olunması ardınca, əl-Dəhişə düşərgəsi sakinləri aksiya keçirərək və şüarlar verərək sionist rejimin cinayətlərini pisləyiblər.
İordan çayının qərb sahilində əl-Xəlil şəhəri yaxınlığında fələstinlilərin sionist rejim hərbçiləri ilə ötən gün baş verən toqquşmasında da bir fələstinli şəhid olmuşdu.
Oktyabr ayının əvvəlindn Qüds İntifazəsi başlandıqdan sonra indyiə qədər 117 fələstinli şəhid olub. Şəhidlər arasında 25 uşaq və 5 qadın vardır. Yaralıların sayı isə 13500 nəfərdən çoxdur.