İranın humanitar yardımlarını Yəmənə daşıyan ikinci gəmi yüklənib
May 24, 2015 14:38 Asia/Baku
-
İranın yəmənə humanitar yardımları
İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin humanitar yardımlarını Yəmənə daşıyan ikinci gəminin yüklənməsi Xuzistan valisinin iştirakı ilə İranın cənub-qərbindəki İmam Xomeyni(rə) limanında başlanıb.
Səhər kanalının məlumatına görə, Xuzistan vilayətinin Qırmızı Aypara Cəmiyyətinin sərəncamçı müdiri Əli Xodadi bu gün MANA informasiya kanalı ilə müsahibədə deyib: Bu yardımlar düyü, şəkər tozu, un və konservə şamil olur.O, əlavə edib: Bu gəmi yüklənmənin başa çatması ilə qarşıdakı üç gündə Yəmənə doğru hərəkət edəcək.
Xuzistan vilayətinin Qırmızı Aypara Cəmiyyətinin sərəncamçı müdiri deyib: Bu, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Yəmənin məzlum xalqına olan ikinci humanitar yardımıdır.
İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Yəmənə olan birinci humanitar yardımlarını daşıyan gəmi nicat gəmisi adı altında mayın on birində İranın cənubundakı Bəndər-Abbas limanından Yəmənə doğru hərəkət etdi və cümə günü gecə Cibutidə lövbər atdı.
Bu yardım gəmisinin yükü şənbə günü Cibutidə boşaldıldı ki, BMT vasitəsilə Yəmənə köçürülsün.
Teqlər