May 24, 2015 19:58 Asia/Baku
  • Əl-Anbarın azadlığı üçün 50 min qüvvə hazırlaşır
    Əl-Anbarın azadlığı üçün 50 min qüvvə hazırlaşır

İŞİD-in işğalında olan bölgələrin geri alınması istiqamətində İraq qüvvələri Ər-Rəmadi şəhərinə doğru irəliləməkdədirlər. Əl-Anbar vilayətinin azad olunması əməliyyatı üzrə 50 min səfərbər qüvvə müxtəlif ərazilərdə yerləşərək bu vilayətin azad olunması üçün əmri gözləyir.

Səhər Beynəlxalq Televiziyasının əl-Fəcr xəbər portalına istinadla verdiyi məlumata görə, İraq xalq səfərbər qüvvələrinin hərbi sözçüsü Kərim əl-Nuri bildirib: Əl-Anbarın azad olunması üçün 50 mindən çox qüvvə hazırdır.
Əl-Nuri əlavə edib: Dəqiq şəkildə araşdırılaraq tənzimlənən layihəyə əsasən qüvvələrin səfərbər olunması və koordinasiya edilməsi yekunlaşıb və sıx hərbi təlimlər və əməliyyat prioritetləri nəzərdə tutulmuşdur.
Xalq səfərbər qüvvələrinin əməliyyat komandanlarından biri də bildirib ki, bu qüvvələr əməliyyatda yeni raket sistemləri və pilotsuz təyyarələrdən istifadə edəcəklər.
Hərbi komandanın sözlərinə görə, bu qüvvələr əl-Anbarın azad olunması əməliyyatına başlamaq üçün əmri gözləyirlər.

Teqlər