May 24, 2015 21:27 Asia/Baku
  • Nəsrullah İrana təşəkkür etdi
    Nəsrullah İrana təşəkkür etdi

Livan Hizbullahının baş katibi sionist rejim qarşısında müqavimətin qələbəsinin 15-ci ildönümü ilə əlaqədar keçirilən mərasimin əvvəlində etdiyi çıxışında Ərəbistanın şiə sakinli Qətif şəhərindəki terror aktını pisləyib.

Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah sionist rejim qarşısında müqavimətin qələbəsivə Livanın cənubunun azad edilməsinin 15-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxış edib.
Seyid Həsən Nəsrullah çıxışında Ərəbistanın Qətif şəhərində İmam Əli (ə) məscidində terror aktını kəskin şəkildə qınayaraq onu vəhşicəsinə adlandırıb.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah müqavimətin sionist rejimlə müharibədə müqavimətin qələbəsi və Livanın azad edilməsinə görə İran və Suriyaya təşəkkürünü bildirib.
Seyid Həsən Nəsrullah xatırladıb: Həmçinin müqavimətin qələbəsində payı olan, İmam Musa Sədrdən tutmuş Hİzbullahın bütün rəhbərləri və komandanlarına öz təşəkkürümü bildirmək istəyirəm. Eləcə də vəfalı dostlar, yəni İran İslam Respublikası və Suriya Ərəb Respublikasına təşəkkür etməyi lazım bilirəm.
Livan Hizbullahının baş katibi əlavə edib: Bu günlər tarixin yeni və müxtəlif adlar və ünvanlarla təkrarlanmasının şahidiyik.

Teqlər