Yəmənin bombalanması davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194169-yəmənin_bombalanması_davam_edir
Yəmənin ordusu və inqilab komitələri bu ölkənin Ərəbistan tərəfindən bombalanmasının davam etməsinə cavabda Ərəbistanın sərhəd məntəqələrini hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2015 08:36 Asia/Baku
  • Ərəbistanın Yəmənə təcavüzləri davam edir
    Ərəbistanın Yəmənə təcavüzləri davam edir

Yəmənin ordusu və inqilab komitələri bu ölkənin Ərəbistan tərəfindən bombalanmasının davam etməsinə cavabda Ərəbistanın sərhəd məntəqələrini hədəfə alıblar.

Yəmənin Əlməsirə telekanalının məlumatlarına görə, bu ölkənin ordusu və xalq qüvvələri səudiyyə qırıcılarının Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları, əhalini qırmaları, məscid və dini məkanları dağıtmalarına reaksiyada Yəmən sərhədlərindəki Əlcabiri, Əldəxan və Əldud məntəqələrində bu ölkə vətəndaşlarına hücum üçün istifadə olunmuş Ərəbistanın hərbi mövqeləri və bazalarını raket atəşlərinə tutublar.
Ərəbistan bazar günü Yəmənin qərbindəki Həccə şəhərində yerləşən Hirz məntəqəsində gömrük və xarici pasport binaları və xüsusi təhlükəsizlik qüvvələrinin qərargahını hədəfə alıb.
Səudiyyə qırıcıları həmçnin üç dəfə Yəmənin İmran məntəqəsindəki Əlqəhum məntəqələrinə hücum edib və bir qəsəbə, bir məscid və bir qəbiristanlığı hədəfə alıblar ki, bir qrup yəmənlinin yaralanması ilə nəticələnib.