Ərəbistanın Qətif şəhərində İmam Əli (ə) məscidi şəhidləri son mənzilə yola salınıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194202-Ərəbistanın_qətif_şəhərində_İmam_Əli_(ə)_məscidi_şəhidləri_son_mənzilə_yola_salınıblar
Ərəbistanın şərqində şiə sakinli Qətif şəhərinin İmam Əli (ə) məscidində terror aktı şəhidlərinin dəfn mərasimi bazar ertəsi günü on minlərlə nəfərin iştirakı ilə keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2015 05:52 Asia/Baku
  • Qətif- dəfn mərasimi
    Qətif- dəfn mərasimi

Ərəbistanın şərqində şiə sakinli Qətif şəhərinin İmam Əli (ə) məscidində terror aktı şəhidlərinin dəfn mərasimi bazar ertəsi günü on minlərlə nəfərin iştirakı ilə keçirilib.

Səhər Beynəlxalq Televiziyasının Rəy əl-Youma istinadla verdiyi məlumata görə, şəhidlər Qətif şəhərinin yaxınlığında əl-Qədih qəbiristanlığında dəfn olunublar.
Ötən cümə günü bir kamikadze Qətif vilayətinin əl-Qədih şəhərciyində yerləşən İmam Əli (ə) məscidində üzərindəki partlayıcını işə saldı. Bu hadisə nəticəsində 22 nəfər şəhid oldu, 110-dan çox insan yaralandı.
Ərəbistan Daxili İşlər Nazirliyi bildirib ki, terror aktını törədən Əbdürrəhman əl-Qəşəmi İŞİD terror qruplaşması ilə əlaqədə olub.
Bu hadisə ötən bir neçə ayda Ərəbistan şiələrinə qarşı 2-ci terror aktı olmuşdur.
Ötən noyabr ayında da bir qrup yaraqlı Ərəbistanın şərqində yerləşən əl-Dalvə şəhərciyində 7 şiəyə atəş açaraq onları şəhid etmişdi.