May 26, 2015 14:08 Asia/Baku
  • İŞİD terrorçuları
    İŞİD terrorçuları

İŞİD terrorçuları 5 gün ərzində Suriyanın Deyruz-Zur şəhəri və onun ətrafındakı kəndlərdə 54 nəfəri edam ediblər.

Səhər Beynəlxalq Televiziyasının Livanın Asiya İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İŞİD terror qruplaşması Suriya ordusu ilə əməkdaşlıq ittihamı ilə bazar ertəsi günü Deyruz-Zurda 8 nəfərin başını kəsib.
Həmçinin 7 nəfər də narkotik maddələrin qaçaqçılığı ilə əlaqədar güllə ilə edam olunub.
Beləliklə siyasi quruluşla əməkdaşlıq, İŞİD-lə döyüşmək, Türkiyədəki oyanış şuraları ilə koordinasiya etmək, Tədmurda İŞİD əleyhinə qüvvə cəzb etmək üçün səy göstərmək və narkotik maddələrin qaçaqçılığı ittihamı ilə ötən 5 gün ərzində Suriyanın Deyruz-Zur bölgəsində 54 nəfər edam olunub.
İŞİD-çilər Suriyanın Homs vilayətində Tədmur tarixi şəhərində qadın və uşaqlar daxil olmaqla 400 nəfəri vəhşicəsinə bıçaqla qətlə yetirdilər.

Teqlər