Ənsarullah üzvü: Biz Ər-Riyad iclasında iştirak etməyəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194215-Ənsarullah_üzvü_biz_Ər_riyad_iclasında_iştirak_etməyəcəyik
Ali-Səud rejiminin Yəmənin müdafiəsiz vətəndaşlarına təcavüzü ardınca, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatı Ənsarullah Hərəkatının bir üzvünün iştirakı ilə Ali-Səudun Yəmənə hücumu və hücumun nəticələrinin araşdırılması mövzusunda Tehranda iclas təşkil etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2015 12:25 Asia/Baku
  • Ənsarullah
    Ənsarullah

Ali-Səud rejiminin Yəmənin müdafiəsiz vətəndaşlarına təcavüzü ardınca, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatı Ənsarullah Hərəkatının bir üzvünün iştirakı ilə Ali-Səudun Yəmənə hücumu və hücumun nəticələrinin araşdırılması mövzusunda Tehranda iclas təşkil etdi.

Yəmən Ənsarullah Hərəkatının üzvü Seyid Ziyad bu iclasda Yəməndə inqilabın başlanğıc və xalqın tələblərinin gerçəkləşmədiyi, fərari və qeyri-qanuni prezident Mənsur hadinin bu inqilabı və İslami oyanışı zərərsizləşdirməyə çalışması və bu istiqamətdə istənilən məkrli plandan istifadə etməsinə toxunaraq deyib: Ərəbistan Yəməndə müstəqil və demokratik hökuməti istəmir və həmişə öz amilləri, o cümlədən Mənsur Hadinin köməyi ilə bu ölkədə hərc-mərclik yaratmaq ardınca olub.
Seyid Ziyad deyib: Biz Ər-Riyad iclasında iştirak etməyəcəyik və bu iclasda iştirak üçün bir zərurət görmürük. Ərəbistan düşmən ölkədir. Ərəbistan Mənsur Hadinin cənuba qaçması və Ənsarullahın işləri yaxşı formada irəlilətdiyini görən səudiyyəlilərdən kömək istəməsi ilə təhlükə hiss etdi.
"Yəmən xalqına zərbə vurmaq istiqamətində qanuni hökumət məsələsindən sui-istifadə etməyə çalışır" deyən Ənsarullah Hərəkatının üzvünün sözlərinə görə, birincisi, Ər-Riyad iclasında iştirak edənlər Yəmən xalqının nümayəndəsi deyillər. İkincisi, Ərəbistan düşmən ölkədir və Amerikanın tədarük gördüyü Yəmən bataqlığına düşüb. Mütləq Ənsarullahın hərəkəti nəticəyə çatacaq və bütün Qərbi Asiya bölgəsi üçün nümunə olacaqdır.
Seyid Ziyad sonda İslam İnqilabının Böyük Rəhbəri və Yəməni müdafiə edən İran xalqına təşəkkürünü bildirib və onu özü və ölkəsi üçün fəxr adlandırıb.