Səudiyyə rejimi onlarla yəmənlini qanına qəltan edib
May 27, 2015 13:32 Asia/Baku
-
Səudiyyə qırıcısı
Səudiyyəli qırıcıların Yəmənin Həccə vilayətinin Əlməzrəq məntəqəsinə hücumunda 39 nəfər şəhid olub, onlarla nəfər də yaralanıbdır.
IRIB-nin məlumatına görə, səudiyyə qırıcıları Yəmənin Səədə vilayətindəki Əlhüsamə, Əlməlahit və Təəşər məntəqələrini bombalayıblar. Həmçinin Yəmənin qərbindəki Əlhədidə dəniz bazası tam şəkildə dağılıb.Səudiyyə qırıcılarının Yəmənin paytaxtında bu ölkənin xüsusi təhlükəsizlik qüvvələrinin bazasına qarşı hava hücumlarında qırx nəfər şəhid olub, yüzdən çox insan da yaralanıbdır.
Bu gün habelə Əlhədidə Tibb Universitetinə qarşı hava hücumunda onlarla nəfər yaralanıb.
Teqlər