Ərəbistanın Yəmənə son hücumlarında 70 nəfər şəhid olub
May 27, 2015 16:04 Asia/Baku
-
Ərəbistanın Yəmənə son hücumları
Səudiyə Ərəbistanı qırıcılarının Yəmənin paytaxtı Sənaya habelə, Həccə vilayətinin Bəkil əl-Mir məntəqəsinə olan hava hücumlarında 70 nəfər şəhid olub, 105 nəfər isə yaralanıb.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, Ərəbistan qırıcılarının Sənada xüsusi təyinatlı qüvvələrin mərkəzinə olan hücumları zamanı 40 nəfər şəhid olub, 100 nəfər isə yaralanıb.Həmçinin, Yəmənin Həccə vilayətində Bəkil əl-Mir məntəqəsinə qarşı hava hücumları zamanı 30 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Ərəbistan qırıcılarının Yəmənin əl-Hədidə vilayətində Tibb Universitetinə olan raket hücumları zamanı da onlarla nəfər ölüb və yaralanıb.
Bu arada Yəmənin "Azadlıq Evi" müəssisəsi Ərəbistanın Yəmənə olan hücumlarında həlak olanların sayı ilə bağlı 7-ci statistik hesabatında bildirib ki, indiyə kimi Yəməndə 4021 nəfər Ərəbistanın hücumları zamanı şəhid olub, 7017 nəfər isə yaralanıb.
Teqlər