Ərəbistanın Yəmənə hava hücumlarında 90-dan çox insan həlak oldu
May 28, 2015 04:19 Asia/Baku
-
Ərəbistanın Yəmənə hava hücumları
Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə avia hücumlarında ən azı 96 nəfər həlak olub, bir qrup yəmənli də yaralanıb.
Səhər Beynəlxalq Televiziyasının Yəmənin Səba.net portalına istinadla verdiyi məlumata görə, Ərəbistanı qırıcılarının Cəbəl əl-Nəhdeyn bölgəsi, Sənada təhlükəsizlik qüvvələrinin bazası, yaşayış massivləri və səhiyyə və ticarət obyektlərini bombalaması nəticəsində 40 nəfər həlak olub, 238 nəfər də yaralanıb.Yəmənin şimal-qərbində yerləşən Həccə vilayətinin əl-Məzrəq bölgəsinə hava hücumunda da 39 nəfər həlak olub, 18 nəfər də yaralanıb. Təiz vilayətinin əl-Rahidə bölgəsində vətəndaşların mənzilləri, yanacaq doldurma məntəqələri, məscid və bazara hücumda da 11 nəfər, o cümlədən bir neçə qadın və uşaq həlak olub və bir qrup da yaralanıb.
Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü bbu ölkə xəstəxanalarında tibbi təchizat çatışmazlığını bildirib.
Təmim əl-Şami bildirib: Müalicə müəssisələri çoxlu problem və çatışmazlıqlarla üz-üzədir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi də bildirib ki, Ərəbistanın başçılıq etdiyi koalisiyanın ərzaq maddələri, dərman preparatları və yanacağı Yəmənə daxil etməyə icazə vermədiyi halda bu ölgədə böyük insan faciəsi yaşanacaq.
Ərəbistanın başçılıq etdiyi qüvvələr Yəmənə hava hücumlarına 2 ay öncə başlayıblar.
Teqlər