Əl-Anbarda casus həbs olundu
May 28, 2015 14:55 Asia/Baku
-
Əl-Anbarda casus həbs olundu
İraq xalq qüvvələrinə yaxın dairələr əl-Anbar səhrasında tam mürəkkəb əməliyyatda bir casusun həbs olunduğunu bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Misir vətəndaşı və ərəb ölkələrindən birinin kəşfiyyat qurumuna bağlı olan bu casusun həbs olunduğu zaman üzərində külli miqdarda pul olub. Belə ki, onu İŞİD-ə çatdırmaq istəyirmiş.Bu əməliyyatda bir neçə İŞİD terrorçusu da həbs olunub. İraq ordusu və xalq qüvvələrinin əməliyyatının davamında Samirra-Bağdad arasında yerləşən Seyid Qərib məntəqsi ağır döyüşlərdən sonra İŞİD terrorçulardan azad olunub.
İraq Müdafiə Nazirliyi əl-Anbar və Səlahəddin vilayətində 120-dən çox terrorçunun öldürüldüyünü bildirib.
Əl-Anbar vilayətindən əldə olunan məlumata görə, xalq qüvvələri Ər-Rəmadidə terrorçulara yardım xəttini kəsib və onları şəhərdə mühasirəyə alıblar.
Həmçinin əl-Anbar və İraqın sünni köçərilərindən 4000 nəfər vilayətin azad olunması üçün yerli polisə qoşulub.
Teqlər