İraqın baş naziri İŞİD ilə mübarizədə İranın yardımlarından istifadəyə təkid edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194354-İraqın_baş_naziri_İŞİd_ilə_mübarizədə_İranın_yardımlarından_istifadəyə_təkid_edib
İraqın baş naziri terrorçu qruplarla mübarizədə İranı ölkəsinin ən mühüm himayədarı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2015 04:36 Asia/Baku
  • İraqın baş naziri İŞİD ilə mübarizədə İranın yardımlarından istifadəyə təkid edib
    İraqın baş naziri İŞİD ilə mübarizədə İranın yardımlarından istifadəyə təkid edib

İraqın baş naziri terrorçu qruplarla mübarizədə İranı ölkəsinin ən mühüm himayədarı adlandırıb.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Heydər Əlibadi İraqın terrorizm ilə mübarizədə ən çox dəstəyi İran tərəfindən aldığını vurğulayıb və deyib: Xalq könüllüləri, bəzi müxalifətlərə rəğmən, Ənbar vilayətinin azad edilməsi üçün məntəqəyə göndəriləcəklər.
İraqın baş naziri xalq könüllülərinə qoşulmaq istəyənlərlə bağlı deyib: Bu qrup Nəcəfdə, ali təqlid mərcəyinin fitvası ilə ötən il təşkil olunub və terrorçular ilə mübarizədə, işğal altında olan ərazilərin azad edilməsində böyük qəhrəmanlıqlar yaradıb.
Heydər Əlibadi əlavə edib: İraq hazırda İŞİD ilə müharibə meydanında Fars Körfəzinin cənubunda yerləşən ərəb ölkələrini də müdafiə edir. Çünki İŞİD təhlükəsi yalnız İraqı deyil, bütün region ölkələrini təhdid edir.