May 31, 2015 12:20 Asia/Baku
  • Sionist rejimin hərbi qayıqları fələstinli balıqçıları atəşə tutublar
    Sionist rejimin hərbi qayıqları fələstinli balıqçıları atəşə tutublar

Sionist rejimin hərbi qayıqları Qəzzə zolağının şimalında, Beyt-Lahiya sahil sularında fələstinli balıqçıların qayıqlarını atəşə tutublar.

Beynəlxalq Səhər Kanalının verdiyi məlumata görə, hadisənin insan tələfatı barədə məlumat yayılmayıb.
İsrail rejimi 10 ildir ki, Qəzzə zolağını qurudan, havadan və dənizdən mühasirəyə alıb. Bu rejim həmçinin ötən 6 ildə 3 dəfə Qəzzəyə hücum edib.
Ötən ilin yayında Qəzzəyə olan hücumları zamanı sionist rejim 2158 fələstinlini şəhid etmiş, 11 nəfəri isə yaralamışdı. Həmçinin 10 mindən çox ev bu hücumlar nəticəsində dağılmışdı.

Teqlər