May 31, 2015 12:58 Asia/Baku
  • Kərbəlaya daxil olmaq istəyən 9 terrorçu həbs edilib
    Kərbəlaya daxil olmaq istəyən 9 terrorçu həbs edilib

İraqın təhlükəsizlik qüvvələri Ələnbar vilayətindən Kərbəlaya daxil olmaq istəyən 9 terrorçunu həbs ediblər.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, İraqın təhlükəsizlik mənbələri bildiriblər ki, bu terrorçu dəstənin üzvləri Ənbar vilayəti ilə Kərbəla arasındakı sərhəd məntəqədə həbs ediliblər. Bu məlumata görə, həbs edilənlərdən biri, bir neçə gün öncə Fəllucə körpüsü üzərində iraqlı hərbçi Mustafa Əzarini edam edən terrorçudur. Məlumatda həmçinin qeyd olunur ki, bu terrorçular İŞİD-in Fəllucədəki komandanlığının göstərişi əsasında terror aktı törətmək üçün Kərbəlaya nüfuz etmək niyyətində olublar.
İlkin araşdırmalara görə, terrorçular Kərbəlada terror aktı törətdikdən sonra Bağdadda Şəban ayına özəl bayram şənliklərini hədəfə almağı planlaşdırıbmışlar.

Teqlər