Sionist rejim müqavimət qüvvələrinin hücumlarını önləmək üçün hərbi manevr keçirir
May 31, 2015 13:25 Asia/Baku
Sionist rejim bu gün səhər saatlarından etibarən 5 günlük geniş hərbi manevrə start verib. Bu hərbi manevrdə məqsədin müqavimət qüvvələrinin Qəzzə, Suriya və Livandan ehtimal olunan raket hücumlarını önləmək olduğu bildirilib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, "Tayms of İsrail" informasiya portalı bu barədə yazır: Suriya, Livan və Qəzzə istiqamətindən, 3 cəbhə boyunca gələcək xəyali raketlərin məhv edilməsi üzrə keçirilən bu manevrdə sionist rejim ordusunun bütün bölmələri iştirak edirlər. Manevrdə müqavimət qüvvələrinin raket hücumları zamanı Təl-Əvivin beynəlxalq Ben-Qurion hava limanının fəaliyyətinin dayandırılması əməliyyatı səhnələşdirilib. Sionist rejim başçıları xəbərdarlıq ediblər ki, Livan Hizbullahı və Həmas artıq sionist rejimin hücumları qarşısında daha yüksək hazırlığa malikdirlər və öz raket qüdrətlərini artırıblar.Sionist rejim başçılarının bildirdiklərinə görə, Hizbullah-ın raketləri artıq 100 minlərlə ölçülür və işğal altında olan bütün Fələstin ərazilərini vurmağa qadirdir.