Suriya ordusunun analoqu olmayan əməliyyatı: Onlarla İŞİD başçısı öldürüldü
İyun 01, 2015 03:55 Asia/Baku
-
Suriya ordusunun əməliyyatı
Suriya ordusu hərbi hava qüvvələrinin Riqqə vilayətində analoqu olmayan böyük hərbi əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının onlarla başçısı öldürülüb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriya ordusu hərbi hava qüvvələri bu ölkədə böhran başlandığı gündən bəri ən böyük hərbi əməliyyatını həyata keçirərək İŞİD əleyhinə 30 uçuş təşkil edib. Suriya ordusu hərbi hava qüvvələrinin İŞİD əleyhinə əməliyyatı Riqqə vilayətinin tabeliyində olan Aid Səğir məntəqəsində həyata keçirilib. Həmin məntəqə İŞİD terror qruplaşmasının Suriyadakı ən önəmli və əsas bazası sayılırdı. Suriya ordusu hərbi hava qüvvələrinin əməliyyatı nəticəsində onlarla İŞİD başçısı öldürülüb.Şam Times xəbər portalı yazıb: Bu əməliyyatdan əldə olunan yeni xəbərlərə əsasən, Suriya ordusu və təhlükəsizlik qüvvələri 3 gün izləmədən sonra Riqqə şəhərində İŞİD-in sıralarına nüfuz və bu qruplaşmanın Riqqədəki əsas əməliyyat bazası barəsində məlumat əldə etmişlər. Suriya ordusu və təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının əsas başçılarının iclasları, bu iclasların təşkilatçıları, bu qruplaşmanın Aid Səğir yaylaq bölgəsindəki əməliyyatları barədə gizli məlumatları əldə etmişlər.
Teqlər