İŞİD insan bədəni üzvlərinin ticarəti üçün xüsusi xəstəxana yaradıb
İyun 01, 2015 13:50 Asia/Baku
-
İŞİD terrorçuları
İraqda xəbər mənbələri bildiriblər ki, İŞİD terror qruplaşması insan bədən üzvlərinin ticarəti üçün Mosulda xüsusi bir xəstəxana yaradıb.
Səhər Beynəlxalq Televiziyasının Livanın Asiya İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İraqda xəbər mənbələri bildiriblər: İŞİD terror qruplaşması insan orqanlarının qara transplantasiyası üçün xüsusi bir xəstəxana yaradıb.İraq Kürdüstanı məntəqəsində Demokratik partiyanın informasiya məsələləri üzrə məsul şəxsi Səid Memozini bu barədə deyib: İŞİD şənbə günü Mosul şəhərində xüsusi xəstəxana yaradıb. Bu xəstəxana insan orqanizminin üzvlərinin ticarəti sahəsində fəaliyyət göstərir. Bu xəstəxana İraqın edam olunmuş diktatoru Səddam Hüseynin saraylarında yerləşir.
Memozini əlavə edib: Bu xəstəxana orqan üzvlərinin alqı-satqısı adlanır. Bu xəstəxana İraqdan xaricə bədən üzvlərini ixrac edəcəkdir. Xəstəxana ölü və canlıların bədən üzvləri sahəsində ticarət edəcəkdir.