Sionist rejim Yəmənin tarixi abidələrini oğurlamağa çalışır
İyun 02, 2015 09:58 Asia/Baku
-
Sionist rejim Yəmənin tarixi abidələrini oğurlamağa çalışır
Yəmən dairələri ifşa ediblər ki, sionist rejim Yəmənin tarixi abidələrinin kəşf etmək və aşkarlamaq, onları bu ölkədən çıxarmaq və oğurlamaq üçün çoxlu səylərə başlayıb.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Yəmənin məlumatlı dairələri ifşa ediblər ki, sionist rejim Yəmənin tarixi abidələrini oğurlamaq üçün yol axtarır.Bununla əlaqədar təhlükəsizlik səbəblərinə görə adının açıqlanmasını istəməyən bir təhlükəsizlik rəsmisi bildirib ki, Yəmənin təhlükəsizlik orqanları faktlara malikdirlər. Bu faktlar sionst rejimin Yəmən yəhudilərindən istifadə edərək bu ölkənin tarixi abidələrini oğurlamaq və işğal olunmuş ərazilərə köçürməyə cəhd etdiyini göstərir.
Əhrar Hicaz xəbər portalı da bu təhlükəsizlik rəsmisinə istinadla yazıb ki, bütün göstərilən səylərə baxmayaraq, sionist rejim indiyə qədər Yəmənin tarixi abidələrini oğurlaya bilməmişdir.
Teqlər