İyun 04, 2015 10:25 Asia/Baku
  • Təkfirçi terrorçular Ərsaldakı mövqelərindən qaçıblar
    Təkfirçi terrorçular Ərsaldakı mövqelərindən qaçıblar

Livanlı mənbələr müqavimət döyüşçülərinin Ərsal təpələrindəki ardıcıl irəliləyişlərinin ardınca Cibhətunnusrə terrorçularının kütləvi şəkildə qaçmalarından xəbər veriblər.

Səhər kanalının məlumatına görə, müqavimət döyüşçülərinin Ərsal təpələrindəki ardıcıl irəliləyişlərinin ardınca Cibhətunnusrə terrorçuları çadırlarını yandıraraq, kütləvi şəkildə qaçıblar.
Bu kanal habelə müqavimət döyüşçülərinin Ərsal təpələrində Cibhətunnusrə ilə döyüşlərində onlarla təkfirçi terrorçunun ölməsi və yaralanmasından xəbər verib.
Hizbullah döyüşçüləri bundan öncə tam şəkildə Əlrəhvə çölünə yiyələnmişdilər.
Livanın Ərsal məntəqəsinin qurumları da müqavimət döyüşçülərini dəstəkləyərək, vurğulayıblar ki, müqavimət Ərsalın təhlükəsizliyinə böyük önəm verir.
Müqavimət döyüşçüləri bundan öncə strateji Əlşəruq yüksəkliklərinə yiyələnmişdilər.

Teqlər