Ərəbistanın Sənaya hava hücumlarında 20 nəfər həlak olub
İyun 04, 2015 06:02 Asia/Baku
-
Ərəbistanın Sənaya hava hücumlarında 20 nəfər həlak olub
Ərəbistanın Yəmənə qarşı hücumlarının davamında bu ölkənin müxtəlif məntəqələri hava bombardmanı hədəflərinə çevriliblər.
Frans-Press-in məlumatına görə, Ərəbistanın Yəmənə qarşı hava hücumlarının davamında bu gün bu ölkə xalqından 20 mindən çox insan ölüb və onlarla nəfər də yaralanıbdır.Bu məlumata görə, Ərəbistan qırıcıları on dəfədən çox Ədən vilayətinin nöqtələrini və Həccə vilayətindəki Hirz şəhərini bombalayıblar.
Ərəbistan qırıcılarının Səədə vilayətindəki Səbr məntəqəsinə qarşı hücumlarında 8 uşaq həlak olub.
Digər tərəfdən, Yəmənin ordu qüvvələri Ənsarullahın tabeliyində olan xalq komitələri qüvvələrinin həmkarlığı ilə Ərəbistanın Cizan vilayətinin Əlməzhaf məntəqəsində bu ölkə ordusunun rabitə mərkəzini raket atəşinə tutublar.
Əlməyadin telekanalı Yəmənin Ədən şəhərinin şimal məntəqələrində bu ölkənin fərari prezidentinin yarımhərbçiləri və Əlqaidə ünsürləri ilə Yəmənin xalq qüvvələri arasında şiddətli döyüşlərin getməsindən xəbər verib.
Teqlər