İyun 04, 2015 12:24 Asia/Baku
  • YUNESKO Yəmənin tarixi abidələrinə hücumu pisləyib
    YUNESKO Yəmənin tarixi abidələrinə hücumu pisləyib

BMT-nin YUNESKO təşkilatı Yəmənin tarixi abidələrinə qarşı hava hücumlarını pisləyib.

Sin-Xua xəbər agentliyinin məlumatına görə, YUNESKO-nun baş direktoru İrina Bokova Yəmənin Marəb tarixi abidələrinə qarşı hava hücumlarını pisləyərək, bu hücumların dayandırılmasını istəyib.
Bokovanın sözlərinə görə, bəzi informasiya qaynaqları YUNESKO-nun başçılarına məlumat veriblər ki, mayın 31-də Marəb tarixi abidələrinə qarşı edilmiş hava hücumlarında böyük xəsarətlər törənib.
Əldə olunan məlumatlara görə, bu hücumlarda ehtimal üzrə Marəb su bəndinin divarlarına həkk olunmuş qədim əlyazmalarına xəsarətlər dəyibdir.
Bu hadisə Zəmmar vilayətində yerləşən Zəmmar Milli Muzeyinin tam şəkildə dağılmasından sonra baş verib. Həmin muzeydə təqribən on iki min beş yüz tarixi abidə saxlanılırdı.

Teqlər