2003-dən bəri 2 min iraqlı həkim öldürülüb
İyun 05, 2015 08:45 Asia/Baku
-
İraqda 2000-dən çox həkim öldürülüb
2003-cü ildən indiyə qədər 2 mindən çox iraqlı həkim öldürülüb və bir çox həkim də mövcud təhdidlər, həmçinin tibbi mərkəzlərin çatışmazlığına görə İraqı tərk edib.
Səhər Beynəlxalq Televiziyasının əl-Süməriyyə Nyuza istinadla verdiyi məlumata görə, Amerikanın Lancet tibb jurnalı bildirib: İraqdakı kobudluq halları bütün kütlələrə təsir göstərir və bu arada həkimlər daha çox təhlükə ilə qarşı qarşıyadır.Bu jurnalın yazdığına görə, bəzən İraq həkimləri bəzi qruplar tərəfindən xüsusi məqsədlərə görə oğurlanır, bəziləri onlardan intiqam alır və həkimləri öz ailə üzvlərini itirdiyinə görə xəstəxanalarda qətlə yetirirlər.
Lancet jurnalı xatırladıb: Bəzi İraq həkimləri bildirirlər ki, vətəndaşlar üçün yetərli tibb və səhiyyə mərkəzləri yoxdur. Elə buna görə həkimlər İraqı tərk edirlər. Bu məsələ İraqda səhiyyənin vəziyyətinin daha da acınacaqlı olmasına səbəb olur.