Gələcək müharibədə milyonlarla sionist didərgin düşəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194547-gələcək_müharibədə_milyonlarla_sionist_didərgin_düşəcək
Livan Hizbullahının baş katibi sionist rejimin son hədələrinin bu rejimin psixoloji müharibəsinin bir hissəsi olduğuna toxunaraq bildirib ki, gələcək müharibədə milyonlarla israilli didərgin düşəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2015 15:16 Asia/Baku
  • Milyonlarla sionist didərgin düşəcək
    Milyonlarla sionist didərgin düşəcək

Livan Hizbullahının baş katibi sionist rejimin son hədələrinin bu rejimin psixoloji müharibəsinin bir hissəsi olduğuna toxunaraq bildirib ki, gələcək müharibədə milyonlarla israilli didərgin düşəcək.

Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Seyid Həsən Nəsrullah cümə günü etdiyi çıxışında deyib: Nə müharibə, nə də İsrailin hədələrindən qorxuruq.
Livan Hizbullahının baş katibi bildirib: İsrail bilir ki, bu rejimin hər bir hücumuna cavab veriləcək.
Nəsrullah əlavə edib: İsrail rejimi elə əvvəldən qətl və viranlıq əsasları üzərində təşkil olundu.
Livan Hizbullahının baş katibi Ərsal məntəqəsinin azad olunmasının ordu və bütün livanlıların borcu olduğunu bildirərək söyləyib: Regionumuz siyasi və xəbis azdırıcı səylərin qarşısındadır.