Barizani: Kürdüstanın İraqdan ayrılmağa marağı yoxdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194572-barizani_kürdüstanın_İraqdan_ayrılmağa_marağı_yoxdur
İraq Kürdüstanı məntəqəsinin yerli idarəsinin rəhbəri bildirib: Kürdüstan məntəqəsinin İraqdan ayrılmağa meyli yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2015 09:27 Asia/Baku
  • Barizani: Kürdüstanın İraqdan ayrılmağa marağı yoxdur
    Barizani: Kürdüstanın İraqdan ayrılmağa marağı yoxdur

İraq Kürdüstanı məntəqəsinin yerli idarəsinin rəhbəri bildirib: Kürdüstan məntəqəsinin İraqdan ayrılmağa meyli yoxdur.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraq Kürdüstanı məntəqəsinin yerli idarəsinin rəhbəri Neçirvan Barizani əlavə edib: İraq Kürdüstanı məntəqəsinin siyasəti, İraq baş naziri Heydər əl-İbadinin hökumətinin dəstəklənməsidir.
Barizani bildirib: Kürdüstan məntəqəsi Bağdadla öz iqtisadi problemlərini həll etməyə maraqlıdır. Lakin əgər Bağdad problemlərin həlli üçün çalışmazsa, İraq Kürdüstanı digər həll yolları axtaracaqdır.