İyun 06, 2015 14:07 Asia/Baku
  • Yəməndə səudiyyəli hərbçilər əsir götürüldü və 5 qırıcı vuruldu
    Yəməndə səudiyyəli hərbçilər əsir götürüldü və 5 qırıcı vuruldu

Yəmən Silahlı Qüvvələrinin rəsmi sözçüsü sərhəd döyüşlərində Səudiyyə Ərəbistanı ordusunun bir qrup hərbçisinin əsir götürüldüyü və 5 qırıcı təyyarəsinin vurulduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının Afkar News-a istinadla verdiyi məlumata görə, general Şərəf Loğman jurnalistlərə müsahibədə deyib: Ərəbistanın 5 qırıcısı Yəmənin hava müdafiə qüvvələri tərəfindən vurulub.
General Loğman əlavə edib: Sam raketlərinin gizlədilməsində bizim əsas məqsədimiz, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin hava müdafiə sistemləri və digər strateji silahlar, o cümlədən Skad raketlərinin dağıdılması ilə bağlı hərəkəti idi. Belə ki, bu hərəkət düşmən qırıcılarına dərhal reaksiya vermək və onları hədəfə almağı zəiflətmişdi.
Əldə olunan digər məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanının bəzi hərbi bazalarını hədəfə alaraq məhv edə biliblər.

Teqlər