İraq HHM Səudiyyə təyyarələrini İraq səmasını tərk etməyə məcbur edib
İyun 06, 2015 14:10 Asia/Baku
İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin sədri deyib ki, bu ölkənin hava müdafiəsi İraqın hava zolağına daxil olan Ərəbistan təyyarələrini yolunu dəyişməyə məcbur edib.
Səhər Beynəlxalq Televiziyasının Nəhreyn.net xəbər portalına istinadla verdiyi məlumata görə, Hakim əl-Zamili deyib: Ərəbistan qırıcıları Kərbəla vilayəti ilə sərhəddə əl-Nəxib məntəqəsinin səmasında uçuş keçiriblər və İraqın hava hücumundan müdafiə qüvvələri onları bu ərazinin səmasını tərk etməyə məcbur ediblər.Hakim əl-Zamili əlavə edib: Bu təyyarələrin hansı ölkəyə məxsus olmaları hava müdafiəsi tərəfindən müəyyənləşib.
Əl-Zamili bildirib: İraq dövləti Ərəbistan və beynəlxalq koalisiyaya bu barədə etiraz notası verəcək.
Bəzi məlumatlara görə, Ərəbistanın qırıcı təyyarələri İraq ordusu və xalq qüvvələrinin mövqelərini bombardman ediblər.