Bəhreynin siyasi məhbusları aclıq aksiyasına hazırlaşır
İyun 07, 2015 10:34 Asia/Baku
Bəhreynin cənubunda Cəvv həbsxanasındakı siyasi məhbuslar ötən gün müştərək bəyanatda bildiriblər ki, aclıq aksiyasına hazırlaşırlar.
Səhər Beynəlxalq Televiziyasının Manama Posta istinadla verdiyi məlumata görə, Cəvv həbsxanasının siyasi məhbusları bildiriblər ki, öz ibtidai hüquqlarının pozulmasına etiraz olaraq aclıq aksiyası keçirəcəklər.Siyasi məhbusların bəyanatında bildirilir: Cəvv həbsxanasının rəhbərliyi heç bir hüquq orqanı və təşkilatına məhbusların acınacaqlı vəziyyəti ilə tanış olmaq üçün bu həbsxanaya daxil olmasına icazə vermir.
Bu məlumata görə iordaniyalı muzdlular 2015-ci il 10 martdan indiyə qədər müxtəlif üsullarla siyasi məhbusları işgəncə edir, onlara hörmətsizlik edirlər. Məhbusların hətta yemək üçün yetərli yeməkləri də yoxdur. Cəvv həbsxanasının siyasi məhbusları insan haqları təşkilatlarından istəyiblər ki, bu həbsxananı görsünlər. Çünki siyasi məhbusların vəziyyəti günü-gündən daha da pisləşir.