Seyid Həsən Nəsrullah Qumda Yəmən xalqının müdafiəsi üzrə iclasa müraciət ünvanlayıb
İyun 07, 2015 18:02 Asia/Baku
-
Seyid Həsən Nəsrullah
Livan Hizbullahının baş katibi Qumda keçirilən Yəmən xalqının müdafiəsi üzrə iclasa müraciətində bildirib: Ərəbistan Yəmənin məzlum xalqının müqavimətini qırmaq ardıncadır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Qum Elmlər Hövzəsində yüksək səviyyədə müəllimlərin iştirakı ilə Yəmən xalqına müdafiə üzrə keçirilən iclasa müraciətində əlavə edib: Ərəbistan Yəmən xalqını himayə iddiası ilə yəmənli kişi, qadın və uşaqları qətlə yetirir və onların müqavimətini qırmağa çalışır.Seyid Həsən Nəsrullah öz müraciətində bildirib: Yəmən xalqı və mücahidləri öz möhkəm iradəsi və imanı ilə düşmənlərin məkrli planlarını zərərsizləşdiriblər.
Qum Elmlər Hövzəsində ali səviyyədə müəllimlərin iştirakı ilə Yəmənin məzlum xalqını müdafiə məqsədi ilə iclas keçirilib.