İyun 08, 2015 19:06 Asia/Baku
  • İŞİD Suriyada öz fərari üzvlərindən onlarla nəfəri edam edib
    İŞİD Suriyada öz fərari üzvlərindən onlarla nəfəri edam edib

Terrorçu İŞİD qrupu Suriyanın şimal-şərqində öz fərari üzvlərindən onlarla nəfəri edam edib.

Fars xəbər agentliyinin məlumatına görə, terrorçu İŞİD qrupu Suriyanın şimal-şərqindəki Həsəkə şəhəri ətrafında bu ölkə ordusu ilə müharibədən qaçmış öz otuz ünsürünü edam edib.
Təkfirçi İŞİD qrupu Həsəkə ətrafında Suriya ordusu ilə döyüşdədir.
İnformasiya mənbələrinin məlumatına görə, suriyalı qüvvələr bu məntəqədə nəzərəçarpacaq irəliləyişlərə malik olaraq, terrorçuları geriyə oturmağa məcbur ediblər.
İŞİD son vaxtlar da Suriyanın şimalındakı Rəqqə şəhərində yerləşən qərargahlarından qaçmış xarici üzvlərindən yüzdən çox nəfəri edam etmişdi.
Digər tərəfdən, müxaliflərin tabeliyində olan Suriya insan haqları gözətçisi təşkilatı bildirib ki, İŞİD terrorçuları cari ayın birinci həftəsində on bir kişinin başını kəsib, bir qadını daş-qalaq ediblər.
Bu şəxslər mürtədlik, casusluq və qanunsuz əlaqələr ittihamı ilə Suriya vətəndaşlarının gözləri önündə qətlə yetiriliblər.

Teqlər